Bizimlə əlaqə

Rəqəmsal Sertifikat Platforması ilə yuxarıdakı nömrə və ya mail ünvanı vasitəsilə əlaqə yarada bilərsiniz.

Haqqımızda

Sertifikatların Elektron İdarəetmə və Doğrulama İnformasiya Sistemi
e-sertifikat.az - 13.08.2025-ci ildə "Rəqəmsal Sertifikat" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası ərazisində, o cümlədən beynəlxalq səviyyədə fəaliyyət göstərən kurslar, təlim və peşəkar inkişaf mərkəzləri, eləcə də müxtəlif müəssisə və təşkilatların təqdim etdiyi sertifikat və təcrübə diplomlarının vahid elektron bazada toplanmasını və etibarlılığının yoxlanılmasını təmin edən innovativ rəqəmsal platforma kimi fəaliyyət göstərməkdədir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən "e-sertifikat.az" Sertifikatların Elektron İdarəetmə və Doğrulama İnformasiya Sistemi kimi 26 may 2026-cı ildə dövlət qeydiyyatına alınmış və müvafiq olaraq dövlət reyestrindən çıxarış təqdim olunmuşdur.

20 may 2026-cı il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Rəqəmsal Sertifikat MMC arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində “e-sertifikat.az” platforması mygov ID sisteminə inteqrasiya olunub.

İnformasiya sistemi vasitəsilə təlimçilər və müəssisələr qeydiyyatdan keçərək QR kodlu yeni sertifikatlar yarada, istifadəçilər isə əvvəlki illərdə əldə etdikləri sənədləri sistemə əlavə edə bilərlər.

Əsas məqsəd — sertifikatların şəffaf şəkildə yoxlanmasını təmin etmək, saxta sənədlərin qarşısını almaq və ənənəvi kağız daşıyıcıların rəqəmsal formatla əvəz olunmasına şərait yaratmaqdır.

İstifadəçilər cəmi bir neçə saniyə ərzində Şəxsiyyət vəsiqəsinin FİN kodu, Sertifikat ID-si, və ya fərdi profil ID kodu vasitəsilə təqdim olunmuş istənilən sənədin etibarlılığını sistem üzərindən yoxlaya bilirlər. Platforma həm təhsil müəssisələri, həm işəgötürənlər, həm də fərdi şəxslər üçün əlçatan və istifadəsi asan doğrulama vasitəsidir.

e-sertifikat.az müasir texnologiyalara, xüsusilə blockchain texnologiyasına əsaslanaraq fəaliyyət göstərir və sertifikatların həqiqiliyini təmin edir.

Platforma müxtəlif təlim mərkəzləri, müəssisə və təşkilatlarla əməkdaşlıq edərək, vahid və standartlaşdırılmış sertifikat ekosisteminin formalaşdırılmasını hədəfləyir.