Rəqəmsal Sertifikat Platforması ilə yuxarıdakı nömrə və ya mail ünvanı vasitəsilə əlaqə yarada bilərsiniz.
e-sertifikat.az platforması istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini və təhlükəsizliyini qorumaq öhdəliyini öz üzərinə götürür. Bu məqsədlə aşağıdakı Gizlilik Siyasəti hazırlanmışdır. Burada hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və qorunduğu aydın şəkildə izah olunur. e-sertifikat.az platformasında təqdim olunan bütün xidmətlər ümumilikdə “xidmət” kimi nəzərdə tutulur.
e-sertifikat.az platforması istifadəçilərin şəxsi məlumatlarını onların könüllü razılığı olmadan toplamır. Bu məlumatlara aşağıdakılar aid ola bilər:
Ad, soyad, telefon nömrəsi, E-mail ünvanı, Fin kod.
Bu məlumatlardan aşağıdakı hallarda istifadə edilə bilər:
Təhsil sənədlərinin platformaya əlavə edilməsi və ümumi axtarış sistemi vasitəsilə sənədlərin axtarışı.
e-sertifikat.az ilə qeydiyyatdan keçən və ya partnyorluq edən şəxslər mütəmadi olaraq aşağıdakı üsullarla məlumatlandırıla bilər:
SMS bildirişləri ilə, zəng vasitəsilə (vacib dəyişikliklər olduqda), whatsApp üzərindən (status və ya mesajla – nadir hallarda), e-mail göndərişi ilə, poçt vasitəsilə (əgər digər yollarla əlaqə mümkün deyilsə)
e-sertifikat.az saytı üzərindən digər tərəfdaş saytların linklərinə keçid mümkündür. Bu keçid etdiyiniz saytların özünəməxsus gizlilik siyasəti ola bilər və biz həmin siyasətə görə məsuliyyət daşımırıq. Bu səbəbdən, şəxsi məlumat təqdim etməzdən əvvəl həmin saytlarda yerləşdirilən gizlilik siyasətini oxumağınız tövsiyə olunur.
Sayta qoşulma vaxtı və tarixi, istifadəçinin istifadə etdiyi cihaz, əməliyyat sistemi və brauzer, IP ünvanı, sayta keçid olunan URL (referrer), axtarış sistemlərində istifadə olunan açar sözlər